İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub

İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub

04 İyul 2025

Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu sözləri Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı xatırladıb ki, Ermənistan təxminən 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb.

"İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi məhv edib. 67 məsciddən 65-i Ermənistan tərəfindən dağıdılıb. Qalan iki məscid mal-qara tövləsi kimi istifadə olunub", - Prezident bildirib.