
Sədərək rayonunda sahibkarlarla görüş keçirilib
İyulun 4-də Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən Sədərək rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Sədərək Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan görüşdə Fondun nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinə güzəştli maliyyələşdirmə prosedurları barədə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb və müraciətləri dinlənilib.
Tədbirdə Fond tərəfindən dəvət olunan bank nümayəndələri də iştirak edərək sahibkarların suallarını ətraflı şəkildə cavablandırıblar.
Görüşdə əsas məqsəd sahibkarları mövcud dəstək mexanizmləri barədə maarifləndirmək və onların maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək olub