Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi dəfn edilib -

Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi dəfn edilib - FOTO

04 İyul 2025

Qalıqları Kəlbəcər rayonunda tapılan Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Yusif İsmayıl oğlu Əzizov, Mehman Camal oğlu Musayev və Qafar Qəmbər oğlu Qarayevlə Kəlbəcərdə keçirilən vida mərasimi başa çatıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Y.Əzizov, M.Musayev və Q.Qarayev Kəlbəcər şəhər qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.