Naxçıvan sahibkarları 10 ayda 12 milyon manat güzəştli kredit alıblar

Naxçıvan sahibkarları 10 ayda 12 milyon manat güzəştli kredit alıblar

21 Noyabr 2025

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2025-ci ilin yanvar–oktyabr ayları ərzində 123 layihənin maliyyələşdirilməsinə 12 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb. 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 milyon manat və ya 4,3 dəfə çoxdur. Layihələrin sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 dəfə artıb.

Maliyyələşdirilmiş kreditlər hesabına 310 yeni iş yeri yaradılacaq.