Naxçıvan şəhərində taxıl biçininin böyük hissəsi başa çatıb - FOTO
Naxçıvan şəhərində 2026-cı ilin taxıl biçini mövsümü uğurla davam edir. Artıq əkin sahələrinin böyük hissəsində biçin işləri yekunlaşıb.
"NAXÇIVANXƏBƏRLƏRİ"- nin məlumatına görə, cari ilin məhsulu üçün şəhər üzrə 473,5 hektar taxıl sahəsi əkilib. Bunun 193,8 hektarını buğda, 279,7 hektarını isə arpa əkinləri təşkil edir.
Hazırda məhsulun itkisiz yığılması, sahələrdən vaxtında daşınaraq anbarlara təhvil verilməsi istiqamətində işlər davam etdirilir. Müasir kombaynların cəlb olunması biçin prosesinin operativ və keyfiyyətli həyata keçirilməsinə şərait yaradıb.
Qeyd edək ki, taxıl biçininin səmərəli təşkili Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrolizinq” ASC-nin dəstəyi ilə həyata keçirilir.










