Naxçıvan şəhərində yeni işə qəbul olunan gənc müəllimlərlə görüş keçirilib - FOTO
Ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq Naxçıvan şəhərinin ümumtəhsil məktəblərində yeni işə başlayan gənc müəllimlərlə görüş keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdə iştirak edən Naxçıvan Muxtar Respublikası təhsil naziri Elxan Nəcəfov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev gənc müəllimləri təbrik edib, onlara tövsiyələrini çatdırıblar.
Həmin gün həmçinin Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinin məzunlarının buraxılış və qəbul imtahanlarında ötən tədris ilində və son üç ildə göstərdikləri nəticələr müzakirə olunub.












