
Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 13 %-ə yaxın artıb
Naxçıvan Muxtar Respublikasında 1 oktyabr 2025-ci il tarixə aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artaraq 21 min 969 olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, həmin tarixə aktiv ƏDV ödəyicilərinin sayı 12,8 faiz artıb və 616 təşkil edib.
Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 5,4 faiz artaraq 6162 olub.