Naxçıvanda Bahar festivalı davam edir - FOTO
Bayram günlərində Naxçıvanda təşkil olunan festival davam edir və şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanır.
“NAXÇIVANXƏBƏRLƏRİ” məlumat verir ki, festival çərçivəsində xalqımızın zəngin mədəni irsini əks etdirən folklor nümunələri təqdim olunur. Eyni zamanda, qurulan stendlərdə təhsil, incəsənət və sənətkarlıq sahələrinə aid müxtəlif işlər nümayiş etdirilir. Gələn qonaqlar həm əl işləri ilə yaxından tanış olur, həm də gənclərin hazırladığı layihələri izləmək imkanı əldə edirlər.
Qeyd edək ki, bu gün axşam saatlarında DJ Amalovun iştirakı ilə musiqili proqram keçiriləcək.













