Naxçıvanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi vakansiya elan edir
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qurumları tərəfindən bir sıra ümumi vəzifələrə işə qəbul üzrə müsabiqə elan edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müsabiqə sənədlərin qəbulu və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.
Müsabiqədə iştirak edəcək namizədlər yuxarıda qeyd olunan tarixlərdə müvafiq sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, təhsil sənədi (diplom, peşə təhsili barədə sənəd və.s) və əmək kitabçasının surəti (zərurət olarsa), 2 ədəd 3x4 ölçüdə fotoşəkil) Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməlidirlər.
Qeyd: Vakant vəzifələr haqqında məlumatı Nazirliyin rəsmi internet saytından (www.neco.gov.az) əldə etmək mümkündür.








