Naxçıvanda Əməkdar jurnalist reanimasiyaya yerləşdirilib – vəziyyəti ağırdır
Naxçıvanda Əməkdar jurnalist Muxtar Məmmədovun səhhəti pisləşib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hemorragik insult keçirən jurnalist reanimasiyaya yerləşdirilib.
Hazırda Muxtar Məmmədovun vəziyyəti sabit-ağır qiymətləndirilir.
Qeyd edək ki, Muxtar Məmmədov uzun illər “Şərq qapısı” qəzetində məsul katib vəzifəsində çalışıb. Hazırda təqaüddədir.








