Naxçıvanda havanın temperaturu yüksələcək

Naxçıvanda havanın temperaturu yüksələcək

21 Avqust 2026

Yaxın günlərdə Naxçıvanda hava şəraitinin əsasən sabit və yağmursuz keçəcəyi gözlənilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, avqustun 22-dən 25-dək Naxçıvan Muxtar Respublikasının bəzi ərazilərində havanın maksimal temperaturu 40-41 dərəcəyədək yüksələcək.

Sinoptiklər isti hava şəraitinin yaxın günlərdə də davam edəcəyini bildirirlər.