Naxçıvanda heroinin ölkədən tranzit keçirilməsinin qarşısı alınıb -

Naxçıvanda heroinin ölkədən tranzit keçirilməsinin qarşısı alınıb - FOTO, VİDEO

03 Avqust 2026

Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı" gömrük postunda həyata keçirilən əməliyyat zamanı külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Almaniyaya "hazır qida məhsulları" yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusunda yoxlanılıb. Şübhə yarandığından yük ətraflı gömrük baxışına cəlb edilib.

Yoxlama zamanı narkotik vasitə 1218 ədəd plastik qabda konservləşdirilmiş düyünün alt hissəsində xüsusi üsulla gizlədilmiş vəziyyətdə aşkar olunub.

Müəyyən edilib ki, çətinləşdirilmiş gizlətmə üsulu ilə daşınan heroinin xalis çəkisi 112 kiloqram 761,757 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.