Naxçıvanda "Qərbi Azərbaycana qayıdış" III festival-konqresi işə başlayıb -

Naxçıvanda "Qərbi Azərbaycana qayıdış" III festival-konqresi işə başlayıb - FOTO

18 İyun 2026

Naxçıvanda Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə III "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı keçirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, konqres-festival iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılmış abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə səlahiyyətli nümayəndəliyin, dövlət qurumlarının, elm və təhsil müəssisələrinin, Qərbi Azərbaycan İcmasının, ali təhsil ocaqlarının nümayəndələri, ziyalılar, ictimaiyyət təmsilçiləri, gənclər və media təmsilçiləri iştirak edirlər.

III "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı öz işini Ordubad şəhərində davam etdirəcək.