Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı 4,6 faiz artıb
2026-cı ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 286 milyon 360 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, kənd təsərrüfatının ümumi məhsulu 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz artıb.
İstehsal olunan kənd təsərrüfatı məhsulunun 165 milyon 342,4 min manatı bitkiçilik, 121 milyon 17,6 min manatı isə heyvandarlıq sahəsinin payına düşüb.








