
Naxçıvanda martın 16-na olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında martın 16-na gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə isə duman olacağı proqnozlaşdırılır. Şərq küləyinin sürətinin saniyədə 5-10 metr arasında dəyişəcəyi, bəzi saatlarda isə küləyin sürətinin artacağı ehtimal olunur. Havanın temperaturunun gecə 2-7°, gündüz isə 20-25° isti olacağı gözlənilir.