Naxçıvanda məhkumlar tibbi müayinədən keçirilib -

Naxçıvanda məhkumlar tibbi müayinədən keçirilib - FOTO

09 İyun 2026

İnsan Hüquqları Aylığı çərçivəsində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumlar üçün tibbi müayinə keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir zamanı məhkumlarla sağlam həyat tərzi, yoluxucu xəstəliklərdən qorunma, şəxsi gigiyena və tibbi müayinələrin əhəmiyyəti barədə maarifləndirici görüşlər təşkil olunub. Daha sonra laborator müayinələr üçün qan nümunələri götürülərək məhkumların sağlamlıq vəziyyəti qiymətləndirilib.

Bildirilib ki, penitensiar müəssisələrdə məhkumların sağlamlığının qorunması məqsədilə profilaktik və maarifləndirici tədbirlər mütəmadi olaraq davam etdirilir.