Naxçıvanda təhsil müəssisələrində bu vəzifə üzrə sənəd qəbuluna başlanılır
Yanvarın 30-dan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə sənəd qəbuluna başlanılır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qeyd olunan vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 29 yanvar- 13 fevral 2026-cı il tarixləri arasında şəxsiyyət vəsiqəsinin, təhsil haqqında sənədin, əmək kitabçasının surətlərini (namizəd şəhid ailəsinin üzvüdürsə vəsiqənin surətini) yaşadıqları ərazi üzrə şəhər və rayon Təhsil Şöbələrinə təqdim edə bilərlər.
Müsabiqə test və müsahibə mərhələlərindən ibarət olmaqla həyata keçiriləcək.
Müsabiqə şərtləri ilə bağlı məlumat https://l24.im/Zg0L linkində, proqramla bağlı məlumat https://l24.im/P2c7v3B linkində, vakant olan vəzifələrlə bağlı məlumat isə https://l24.im/D7ATZ4 linkində yerləşdirilib.
Müsabiqəyə təhsil müəssisələrində vakant olan uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə 19 vəzifə çıxarılıb.
Məlumat üçün bildirək ki, Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə tədris rus dilində aparıldığından müsahibə zamanı namizədlərin həm də rus dilində danışıq qabiliyyəti yoxlanılacaqdır.








