Naxçıvanda təhsil müəssisələrində vakant yerlərin müsabiqə vaxtı açıqlandı 

Naxçıvanda təhsil müəssisələrində vakant yerlərin müsabiqə vaxtı açıqlandı 

09 Yanvar 2025

Yanvarın 31-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki  ümumi təhsil müəssisələrində vakant olan  psixoloq, kitabxana müdiri və  kitabxanaçı vəzifələrinə işə qəbulu müsabiqəsi üçün  test imtahanı keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, test imtahanında 3-20 dekabr 2024-cü il  tarixləri arasında elan olunan sənəd qəbulunda iştirak edən 89 namizədin iştirakı nəzərdə tutulur.

️️Qeyd edək ki, Naxçıvan şəhər Uşaq- Gənclər Şahmat Məktəbində saat 10:00-da keçiriləcək müsabiqəyə muxtar respublikanın  ümumtəhsil müəssisələrindən psixoloq vəzifəsi üzrə 50, kitabxana müdiri və  kitabxanaçı vəzifəsi üzrə isə 25 vakant vəzifə çıxarılıb.

Namizədlər imtahan qrafiki ilə https://shorturl.at/hckN4  linkindən tanış ola bilərlər.