Naxçıvanda zəncirvari qəza baş verib
Naxçıvan şəhərində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb. Qəza “Hyundai”, “Audi” və iki “Kia” markalı avtomobilin iştirakı ilə baş verib.
Hadisə nəticəsində 5 nəfər – 2001-ci il təvəllüdlü Aysel Zeynalova, Gülyanaq Hacıyeva, 1983-cü il təvəllüdlü Zənibə Seyidova, 2008-ci il təvəllüdlü Sadiq Həsənzadə və Ülvi Quliyev xəsarət alıblar.
Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.








