Bir ayda özgə sənədi ilə sərhədi keçməyə çalışan 10 nəfər tutulub

Bir ayda özgə sənədi ilə sərhədi keçməyə çalışan 10 nəfər tutulub

04 Oktyabr 2026

Ötən ay dövlət sərhədində özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 10 nəfər tutulub.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 10 nəfər saxlanılıb.