Naxçıvanın xarici ticarət dövriyyəsi 4%-ə yaxın artıb

Naxçıvanın xarici ticarət dövriyyəsi 4%-ə yaxın artıb

23 Yanvar 2026

2025-ci ildə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 130,1 milyon ABŞ dolları təşkil edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 3,7% çoxdur.

Hesabat ilində muxtar respublika üzrə 13,6 milyon ABŞ dolları dəyərində ixrac, 116,6 milyon ABŞ dolları məbləğində isə idxal əməliyyatları həyata keçirilib.

Bu göstəricilər 2024-cü illə müqayisədə müvafiq olaraq 28,4% və 1,4% artıb.