Naxçıvanlı karateçilər Türkiyədə uğur qazanıblar

Naxçıvanlı karateçilər Türkiyədə uğur qazanıblar

04 Avqust 2025

Naxçıvanlı karateçilər Türkiyənin Rizə şəhərində "Karadeniz və Hazar Ülkeleri Karate Şampiyonası" yarışında uğurla çıxış ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yarışda Naxçıvan Muxtar Respublikasını 3 idmançı təmsil edib.

Onlardan Fatimə Bağırzadə (10–11 yaş, 50 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Xədicə Bayramova (10–11 yaş, 35 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, yarışda Qaradəniz və Xəzər hövzəsinə aid ölkələrdən 1000-ə yaxın idmançı uşaqlar, ümidlər və gənclər kateqoriyalarında mübarizə aparıblar.