
Nazir müavini: Hazırda əsas məqsəd Naxçıvanda mədən sahələrinin araşdırılması və onların hesabatının hazırlanmasıdır
Nazir müavini: Hazırda əsas məqsəd Naxçıvanda mədən sahələrinin araşdırılması və onların hesabatının hazırlanmasıdır
Naxçıvan ərazisində mədən araşdırmaları aparılacaq və bu araşdırmalar dünya standartlarına uyğun şəkildə həyata keçiriləcək.
Araşdırmaların nəticəsində mədən hesabatı hazırlanacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu sözləri Türkiyə Respublikasının energetika və təbii sərvətlər nazirinin müavini Abdullah Tancan Naxçıvanda jurnalistlərə müsahibəsində deyib.
Nazir müavini qeyd edib ki, əgər bu hesabatda iqtisadi baxımdan yararlı mədən sahəsi müəyyənləşdirilərsə, yerli nazirlik həmin ərazinin necə istismara açılacağını müzakirə edəcək və qiymətləndirəcək.
Sonrakı mərhələdə ehtiyac yaranarsa, türk iş adamları da Naxçıvana gələrək prosesi yaxından dəstəkləməyə hazırdır. Bu isə gələcəkdə müəyyənləşdiriləcək məsələlər sırasındadır. Bu prosesə həm biz, həm də burada fəaliyyət göstərən mütəxəssislər rəhbərlik edə bilər. Hazırda isə əsas məqsəd mədən sahələrinin araşdırılması və onların hesabatının hazırlanmasıdır. Bugünkü müzakirələrin mövzusu da məhz budur.
Hazırda bütün səylərimiz yanğınları söndürməyə yönəldilib.
"Türkiyədə baş verən yanğınları bir an öncə sonlandırmaq istəyirik. Bunların səbəbləri ilə bağlı məsələlər yanğın söndürüldükdən sonra daha da aydınlaşacaq. Yanğınlar söndürüldükdən sonra bu daha aydın şəkildə incələnir, araşdırılır və bundan sonra səbəbləri ortaya çıxar. Hazırkı vəziyyətdə bunun səbəbi barədə dəqiq nəsə demək tezdir və doğru olmaz", - deyə Abdullah Tancan əlavə edib.