Növbəti köç karvanı Ballıca kəndinə çatıb, açarlar təqdim edilib -

Növbəti köç karvanı Ballıca kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB

10 Oktyabr 2025

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Ballıca kəndinə çatıb, açarlar təqdim olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, bununla Ballıca kəndinə köçürülən ailələrin sayı 215-ə (965 nəfər) çatıb.