Ötən ay aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
2026-cı ilin mart ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 172 359 nəfər olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata əsasən, onların 37,9 %-ni kişilər, 62,1 %-ni isə qadınlar təşkil edib.








