Parlament Ali Məhkəməyə hakimlərin təyin edilməsini təsdiqləyib

Parlament Ali Məhkəməyə hakimlərin təyin edilməsini təsdiqləyib

24 Oktyabr 2025

Milli Məclis Ali Məhkəməyə hakimlərin təyin edilməsini təsdiqləyib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı müvafiq sənəd parlamentin bugünkü plenar iclasında müzakirə edilib.

Layihəyə əsasən namizədliyi irəli sürülən hakimlər Cəmilova Xəyalə Adil qızı və Hüseynov Zaur Nazim oğlunun vəzifələri dəyişdirilərək Ali Məhkəmənin hakimləri təyin ediliblər.

Qərar layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.