Pərviz Şahbazov: "Yaşıl enerji" gündəliyinə sadiqik"
Azərbaycan "yaşıl enerji" gündəliyinin həyata keçirilməsinə sadiqdir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu energetika naziri Pərviz Şahbazov 31-ci Bakı Enerji Forumunda bildirib.
Onun sözlərinə görə, "yaşıl enerji" dəhlizləri gələcəyin formalaşan geoiqtisadi xəritəsini müəyyən edir: "Azərbaycan öz "yaşıl enerji" gündəliyinin həyata keçirilməsi məsələsinə sadiqdir. Bu gün təqdim olunacaq Azərbaycan üçün SDG7 (Dayanılıq İnkişaf Məqsədləri 7) yol xəritəsi bu öhdəliyin növbəti bariz nümunəsidir. Bu yol xəritəsi Azərbaycanın enerji sisteminin gələcək inkişaf trayektoriyasını və dayanıqlı, səmərəli və azkarbonlu modelə keçidini hərtərəfli şəkildə müəyyən edir".
Nazir əlavə edib ki, bugünkü forum enerji keçidinə investisiyaların təşviqinə, regional əməkdaşlığın genişləndirilməsinə və Mərkəzi Asiyanın qlobal "yaşıl enerji" gündəliyində mövqeyinin daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcək.








