Şərur Olimpiya İdman Kompleksinin Üzgüçülük Mərkəzində yeni mövsüm başladı

Şərur Olimpiya İdman Kompleksinin Üzgüçülük Mərkəzində yeni mövsüm başladı

01 İyun 2026

Şərur Olimpiya İdman Kompleksinin Üzgüçülük Mərkəzi mövsümlə əlaqədar xidmətlərini bərpa edib. Mərkəzdə vətəndaşların təhlükəsiz və sağlam şəraitdə üzgüçülüklə məşğul olmalarını təmin etmək məqsədilə hazırlıq işləri başa çatdırılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yeni mövsüm öncəsi hovuz suyunun sanitar-gigiyenik normalara uyğun vəziyyətə gətirilməsi üçün dərmanlama və təmizləmə işləri həyata keçirilib. Görülən tədbirlər nəticəsində hovuz istifadəyə tam hazır vəziyyətə gətirilib.

Üzgüçülük Mərkəzində uşaqlar və böyüklər üçün üzgüçülük xidmətləri göstərilir. Mərkəzdən yararlanmaq istəyən şəxslər abunəlik üçün müraciət edə bilərlər. Bununla yanaşı, abunəlik və tariflər üzrə endirimlər də tətbiq olunur.