Ali Məclis Aparatının əməkdaşı təqaüdə yola salınıb - FOTO
İyunun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadi məsələlər şöbəsinin müdir müavini Ədalət Hüseynovun təqaüd yaşına çatması ilə əlaqədar tutduğu vəzifədən ayrılması münasibətilə yolasalma mərasimi keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verri ki, tədbirdə Ali Məclis sədrinin müavini Arzu Abdullayev çıxış edərək Ədalət Hüseynovun 40 ildən artıq dövlət qulluğunda səmərəli fəaliyyətini, müxtəlif sahələrdə qazandığı təcrübəni və kollektivdə qazandığı hörməti qeyd edib.
Arzu Abdullayev onu Ali Məclisin rəhbərliyi və kollektivi adından 65 illik yubileyi və təqaüdə yola salınması münasibətilə təbrik edib, gələcək həyatında uğurlar arzulayıb.
Digər çıxış edənlər Ədalət Hüseynovun nümunəvi əmək fəaliyyətindən, dövlət qulluğunda qazandığı zəngin təcrübədən və kollektivdəki nüfuzundan danışıblar.
Ədalət Hüseynov ona göstərilən diqqətə görə minnətdarlığını bildirib, kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonda yubilyara Ali Məclis rəhbərliyinin adından hədiyyə təqdim edilib və xatirə fotosu çəkdirilib.











