Qaz təchizatı obyektlərinə dair tələblər təsdiq edilib
"Qaz təchizatı obyektlərinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər" təsdiq edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Dövlət Neft Şirkətinə qaz təchizatı obyektlərinin mühafizə zonaları barədə cari vəziyyətə dair məlumatları elektron qaydada 3 ay müddətində İqtisadiyyat Nazirliyinə təqdim etmək tapşırılıb.








