Qərbi Azərbaycan İcması bəyanat yayıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

11 Mart 2025

Qərbi Azərbaycan İcması (QAİ) Ermənistanı sülh prosesinə maneə törədən destruktiv hərəkətlərdən çəkinməyə çağırıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu fikirlər icmanın yaydığı bəyanatda yer alıb.

"Ermənistanda Azərbaycana qarşı təxribatlar səngimək bilmir. İndi də özünü “parlament” kimi təqdim edən bir ovuc şəxsin xarici ölkələrin birinin parlamentinə anti-Azərbaycan məzmunlu müraciəti, Azərbaycana qarşı iş aparan hansısa “komissiya”nın iclası barədə məlumatlar yayılıb", - bəyanatda qeyd olunub. 

İcma bildirib ki, Ermənistanın, onun suverenliyinə qarşı heç bir addım atmayan, yalnız dinc yolla öz dədə-baba yurdlarına qayıtmaq istəyən Qərbi Azərbaycan İcması ilə dialoqdan imtina edib öz ərazisində Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təhdid edən qrupların fəaliyyətinə şərait yaratması qəbuledilməzdir: 

"Bütün bunlar bir daha Ermənistanın dayanıqlı sülhdə maraqlı olmadığını, əksinə silahlanma siyasətini davam etdirərək regionda gərginlik yaratmağa can atdığını nümayiş etdirir".