Qəsdən sağlamlığa yüngül zərər vurmağa görə Cinayət Məcəlləsində hansı cəzalar müəyyən edilib? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Qəsdən sağlamlığa yüngül zərər vurmağa görə Cinayət Məcəlləsində hansı cəzalar müəyyən edilmişdir?
Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi dərəcədə itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma:
min manatdan min beş yüz manatadək miqdarda cərimə,
iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər,
bir ilədək müddətə islah işləri,
bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya
bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Nurlan Əhmədli








