REGES tərəfindən Ordubad şəhər tam orta internat məktəbinə ziyarət təşkil olunub -

REGES tərəfindən Ordubad şəhər tam orta internat məktəbinə ziyarət təşkil olunub - FOTO

25 Sentyabr 2026

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yeni tədris ili münasibətilə REGES Tikinti Materialları tərəfindən Ordubad şəhər tam orta internat məktəbinə ziyarət təşkil olunub.

Ziyarət zamanı məktəbdə təhsil alan uşaqlarla görüş keçirilib, onlara hədiyyələr təqdim olunub və yeni tədris ili münasibətilə xoş arzular çatdırılıb.

Görüşdə uşaqlara göstərilən diqqətin və sosial təşəbbüslərə dəstəyin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, uşaqlara qayğı və sosial təşəbbüslərə dəstək REGES Tikinti Materiallarının sosial yönümlü fəaliyyət istiqamətlərindən biridir.