Türkiyə teatrı Naxçıvanda

Türkiyə teatrı Naxçıvanda

06 Oktyabr 2026

Ərzurum Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrı ilə Naxçıvan Dövlət Kukla Teatrı arasında imzalanmış memorandum əsasında qarşılıqlı əməkdaşlıq davam etdirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əməkdaşlıq çərçivəsində Ərzurum Şəhər Teatrının yaradıcı heyəti Naxçıvanda qonaq olacaq və böyüklər üçün nəzərdə tutulan “Madmazelin pişiyi” tamaşasını Naxçıvan Dövlət Kukla Teatrının səhnəsində nümayiş etdirəcək.

Tamaşa oktyabrın 9-u saat 19:00-da təqdim olunacaq.

Bu mədəni layihə iki qardaş ölkənin teatrları arasında yaradıcılıq əlaqələrinin və qarşılıqlı mədəni əməkdaşlığın daha da inkişafına xidmət edir.