Yanvarda 15 minə yaxın şəxsə sosial ödəniş təyin olunub

Yanvarda 15 minə yaxın şəxsə sosial ödəniş təyin olunub

16 Fevral 2026

2026-cı ilin yanvar ayında 15 482 nəfər şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilir ki, onların 63%-ni kişilər, 37%-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, 2025-ci ildə 157,8 min nəfərdən çox şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.

Bunun 50,1%-ni kişilər, 49,9%-ni isə qadınlar təşkil edib.