Dilək Məmiyeva ölkə birinciliyində medal qazanıb
Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə qapalı məkanda 2011-2012-ci il təvəllüdlü idmançılar arasında ölkə birinciliyi keçirilib. Birinciliydə müxtəlif bölgələrdən 200-ə yaxın idmançı iştirak edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasından yarışa Sədərək Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Samil Hüseynovun rəhbərliyi ilə iki idmançı qatılıb.
Təmsilçilərimizdən Dilək Məmiyeva 800 metr məsafədə mükafatçılar sırasına düşüb. İdmançı məsafəni 2:59.96 göstərici ilə üçüncü sırada tamamlayaraq bürünc medala sahib çıxıb.








