
Yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növləri hansılardır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual - Yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növləri hansılardır?
Cavab - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən yetkinlik yaşına çatmayanlara aşağıdakı cəzalar təyin edilir:
Cərimə; ictimai işlər; islah işləri; azadlığın məhdudlaşdırılması; müəyyən müddətə azadlıqdan məhrum etmə.
Kəngərli rayon prokurorluğunun müstəntiqi I dərəcəli hüquqşünas Səbuhi Abdullayev