“ZəfərFest-5” yaradıcılıq festivalı keçiriləcək

“ZəfərFest-5” yaradıcılıq festivalı keçiriləcək

29 Oktyabr 2025

Noyabrın 6-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev sarayında Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “ZəfərFest-5” yaradıcılıq festivalı keçiriləcək.

Festival artıq beşinci ildir ki, təşkil olunur. “ZəfərFest” hər il məktəblilərin və gənclərin vətənpərvərlik ruhunun və yaradıcılıq potensialının nümayişi üçün mühüm platforma rolunu oynayır.

Nazirlikdən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla anmaq, Azərbaycan Ordusunun şanlı zəfəri və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin mahiyyəti barədə uşaq və gəncləri məlumatlandırmaqdır.

Tədbir, həmçinin, Vətən müharibəsində əldə edilmiş tarixi nailiyyətlərin, ordumuzun qəhrəmanlığının və bu zəfərin bütövlükdə Türk dünyasının qələbəsi kimi əhəmiyyətinin gənc nəslə aşılanmasını nəzərdə tutur.