20 mindən çox şəxsə proaktiv pensiya təyin edilib

20 mindən çox şəxsə proaktiv pensiya təyin edilib

19 İyul 2026

Bu ilin yanvar-iyun aylarında 20 247 şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Məlumata görə, onların 54,64 %-ni kişilər, 45,36 %-ni isə qadınlar təşkil edib.