Bu ilin ilk 6 ayında sığortaedənlərin sayı açıqlanıb
Bu ilin yanvar-iyun aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 46 504 vahid artaraq 2 261 449 vahid olub.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 6 600 vahid, fiziki şəxslər üzrə 37 330 vahid, torpaq mülkiyyətçiləri üzrə isə 2 574 vahid artıb.








