
2025-ci ilin ilk yarısında Naxçıvana ayrılan dotasiya kəskin azalaraq 85 milyon manat olub
2025-ci ilin ilk yarısında Naxçıvana ayrılan dotasiya kəskin azalaraq 85 milyon manat olub
"NAXÇIVANXƏBƏRLƏRİ" Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı Səlahiyyətli Nümayəndəliyinin rəsmi sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, 2025-ci ilin ilk 6 ayı ərzində Muxtar Respublikaya cəmi 85 milyon manat məbləğində dotasiya ayrılıb.
Bu rəqəm əvvəlki illərlə müqayisədə əhəmiyyətli azalma olduğunu göstərir. Rəsmi məlumatlara görə:
2022-ci ildə dotasiya planı 457 milyon manat, icrası isə 425 milyon manat,
2023-cü ildə plan 452 milyon manat, icra isə 315 milyon manat,
2024-cü ilin ilk 6 ayında plan 168 milyon manat, icra 150 milyon manat təşkil edib.
2025-ci ilin ilk 6 ayı üçün plan 122 milyon manat olsa da, faktiki icra 85 milyon manat olub.
Beləliklə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 37,7%, 2023-cü ilin icrası ilə müqayisədə isə 43,3% azalma qeydə alınıb.
Qeyd edək ki, Naxçıvana ayrılan dotasiyalar Azərbaycanın dövlət büdcəsindən Muxtar Respublikanın sosial-iqtisadi ehtiyaclarının ödənilməsi üçün ayrılır. Son illər bu sahədəki azalma tendensiyası, bölgədə maliyyə intizamının gücləndirilməsi və yerli gəlir mənbələrinin artırılması siyasəti ilə əlaqələndirilir.