44 günlük Vətən müharibəsinin xronikası:

44 günlük Vətən müharibəsinin xronikası: 30 sentyabr

30 Sentyabr 2026

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

"NAXÇIVANXƏBƏRLƏRİ" Vətən müharibəsinin sentyabrın 30-na olan xronikasını təqdim edir.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaralı hərbçilərlə görüşüblər:

- Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyevə telefonla zəng edib;

- Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları məhv edilib:

- Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib: 1 S-300 sıradan çıxarılıb:

- Ermənistanın Tərtərə atəşi nəticəsində 7 mülki şəxs yaralanıb:

- Azərbaycan Ordusunun bölmələri düşmən mövqelərinə artilleriya zərbələri endirib:

- Müdafiə Nazirliyi düşmən qruplaşmasının mühasirəyə alındığını açıqlayıb:

- Tonaşendə yerləşən erməni taborunun şəxsi heyəti müdafiə mövqelərini tərk edərək qaçıb:

- Səhər saatlarında məhv edilən düşmən hərbi texnikalarının videogörüntüləri yayılıb:

- Bölmələrimizin mövqelərini atəşə tutan düşmən topları dəqiq atəşlə məhv edilib:

- Tonaşendə düşmənin iki tankı məhv edilib:

- Baş Prokurorluq erməni təxribatı nəticəsində 14 mülki şəxsin öldüyünü, 46 nəfərin xəsarət aldığını açıqlayıb:

- Azərbaycan Ordusu düşmənin Füzuli istiqamətində yerləşən 4-cü taborunu ağır artilleriya atəşinə məruz qoyub:

- Ermənistanın Ağdərədə yerləşən qərargahına zərbə endirilib, düşmən xeyli itki verib:

- Ermənistan "Toçka-U" taktiki raket kompleksini tətbiq edib:

- Düşmənin daha səkkiz döyüş texnikası məhv edilib:

- Ermənilər Füzulinin yaşayış məntəqələrini atəşə tutub:

- Baş Prokurorluq ermənilərin Horadizə top mərmisi atdığını, 1 mülki şəxsin həlak olduğunu, 3 nəfərin isə yaralandığını açıqlayıb:

- Düşmənin axşam saatlarına qədər döyüş texnikasının məhv edilməsinin görüntüləri yayılıb:

- Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib:

- Düşmənə məxsus 8 "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib:

- Ermənilərin yaşayış məntəqəsini atəşə tutması nəticəsində Ağdamda 97 ev və obyekt dağıldı: