900-ə yaxın uşaq müəssisələrdən ailələrinə qaytarılıb
Azərbaycanda son 6 ildə 884 uşaq müəssisələrdən ailələrinə qaytarılıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, proses nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başladığı 2020-ci ildən ötən dövrdə qurum tərəfindən həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində həyata keçirilib.
Uşaqlar ailə himayəsinə qaytarıldıqdan sonra onların ailədə ümumi vəziyyətlərinin öyrənilməsi üçün monitorinqlər həyata keçirilir.
Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində də Agentlik tərəfindən sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır. Ötən dövrdə 964 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb.








