Aliment ödənilməsi barədə saziş üzrə alimentin ödənilməsi qaydası və üsulları necə müəyyən olunur? -

Aliment ödənilməsi barədə saziş üzrə alimentin ödənilməsi qaydası və üsulları necə müəyyən olunur? - HÜQUQ MƏSLƏHƏTİ

11 Yanvar 2025

Ailə Məcəlləsinə əsasən aliment ödənilməsi barədə saziş üzrə alimentin ödənilməsi qaydası və üsulları həmin sazişdə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur.

Alimentlər aliment ödəməli şəxsin qazancından və ya digər gəlirindən müvafiq hissədə; sabit pul məbləğində müntəzəm ödəməklə; sabit pul məbləğində birdəfəlik ödəməklə; əmlak təqdim olunması yolu ilə və barəsində razılıq əldə olunmuş digər üsullarla alına bilər.

Aliment ödənilməsi barədə sazişdə aliment ödənilməsinin müxtəlif üsulları nəzərdə tutula bilər.

Qeyd: Sualları Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır