Amnistiya aktı ilə neçə nəfər cinayət məsuliyyətindən azad edilib?
Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Amnistiya aktı ilə 1087 nəfər cinayət məsuliyyətindən azad edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Əliyev Binəqədi Rayon Prokurorluğunda "Amnistiya aktı: dövlət humanizminin ifadəsi" adlı seminarda bildirib.
Onların 795 nəfəri ibtidai istintaq və təhqiqat orqanları tərəfindən, 292 nəfəri isə məhkəmələr tərəfindən cinayət məsuliyyətindən azad olunublar.








