ANAMA Xankəndiyə köçən sakinlərə maarifləndirmə tədbiri keçirib

ANAMA Xankəndiyə köçən sakinlərə maarifləndirmə tədbiri keçirib

21 Yanvar 2026

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Xankəndi şəhərinə qayıdan sakinlər üçün partlayıcı sursat riskləri ilə bağlı maarifləndirmə tədbiri keçirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə agentliyin "X" sosial media hesabında məlumat paylaşılıb.

Bildirilib ki, tədbir zamanı sakinlərə əsas təhlükəsizlik qaydaları, şübhəli ərazilərin əlamətləri və xəbərdarlıq nişanları barədə məlumat verilib, həmçinin təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamaq və şübhəli əşyalara toxunmamaq çağırışı edilib. Həmçinin sakinlərə müxtəlif növ maarifləndirici və qabaqlayıcı çap materialları paylanıb.

https://x.com/ANAMA_gov_az/status/2013951136361787731/photo/1