“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

23 Fevral 2026

"ASAN xidmət indeksi" və "ASAN müraciət" informasiya sistemi üzrə ötənilki nəticələr açıqlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə "ASAN xidmət indeksi" üzrə qiymətləndirmə və "ASAN müraciət" informasiya sisteminin fəaliyyətinin illik nəticələrinə dair tədbirdə məlumat verilib.

Qeyd edilib ki, 2025-ci il "ASAN xidmət indeksi" üzrə qiymətləndirmə nəticələrinə əsasən, Dövlət Miqrasiya Xidməti birinci yerə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ikinci yerə, Dövlət Gömrük Komitəsi isə üçüncü yerə layiq görülüb.

Yerli icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlardan isə Pirallahı Rayon İcra Hakimiyyəti birinci yeri, Binəqədi Rayon İcra Hakimiyyəti ikinci yeri, Yasamal Rayon İcra Hakimiyyəti üçüncü yeri tutub.

Hüquqi şəxslər və digər büdcə təşkilatları arasında ən yüksək göstəriciləri olan qurumlar siyahısında birinci yer "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti, ikinci yer "Azəriqaz" İstehsalat Birliyi, üçüncü yer İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi olub.

"ASAN müraciət" informasiya sistemi üzrə 2025-ci ilin yekunlarına əsasən, seçilən qurumlardan isə birinci yer Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, ikinci yer Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan "İri Şəhərlərin Su Təchizatı" Qapalı Səhmdar Cəmiyyəti, üçüncü yerdə isə Gəncə Şəhər İcra Hakimiyyəti olub.