Ayxan Hacızadə: İranda bir Azərbaycan vətəndaşı xəsarət alıb

Ayxan Hacızadə: İranda bir Azərbaycan vətəndaşı xəsarət alıb

01 Mart 2026

İranda hərbi əməliyyatlar zamanı Azərbaycanın bir vətəndaşı xəsarət alıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin regionda hərbi eskalasiya şəraitində vətəndaşlarımızın vəziyyəti ilə bağlı yerli mətbuatın sualına cavabında deyib.

"Vətəndaşlarımızdan gələn müraciətlərə uyğun olaraq, diplomatik missiyalarımız tərəfindən müvafiq dəstək göstərilir.

İndiyə qədər, yalnız bir nəfər vətəndaşımız xəsarət almışdır. Vətəndaşa diplomatik missiyamız tərəfindən müvafiq dəstək göstərilir və onun vəziyyəti yaxşıdır", - o bildirib.