
Azərbaycan badminton millisi dünya reytinqində 27-ci sıraya yüksəlib
Dünya Badminton Federasiyası (BWF) milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Azərbaycan yığması 121 ölkə arasında 27-ci sıraya yüksəlib. Komandamızın hesabında 2726 xal var.
Millimiz son 3 ayda reytinqdə 18 pillə sıçrayış edib.
Bu, Azərbaycan badmintonu tarixində ən yüksək göstəricidir.
Məlumat üçün qeyd edək ki, 2018-ci ildə reytinqdə 85-ci olan komanda ötən illər ərzində 39 pillə irəliləyərək, 2025-ci ilin əvvəlində 46-cı sırada yer alıb.