
Naxçıvanlı gimnastlar uğur qazanıblar - FOTO
20–22 iyun 2025-ci il tarixlərində Bakı şəhərində “Sport Box” İdman Klubunun təşkilatçılığı ilə keçirilən “Sports Box” Klubunun 17-ci Bədii Gimnastika üzrə Açıq Çempionatı – “Princess Cup” yarışında 700-dən çox gimnast iştirak etmişdir.
Yarışda bir neçə ölkənin təmsilçiləri də yer almışdır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu turnirdə Naxçıvan şəhəri Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Estetik tərbiyə, təsviri incəsənət və musiqi şöbəsinin “Bədii gimnastika” dərnəyinin iki üzvü uğurla iştirak edərək yaşıdları arasında iki birincilik qazanmışdır.